Sem-abrasive, ООО
Şirkətimiz hər keçən gün böyüyərək və təkmilləşərək hazırda bu sektorun ən önəmli şirkətlərindən birinə çevrilmişdir. 15 il ərzində şirkətimiz dünyanın bir çox tanınmış kompanyaları və şirkətləri ilə iş birliyi yaratmışdır.
Biz "SEM-ABRASİVE" olaraq bütün növ şkurkaların, fləp-disklərinin, fiber-disklərin, almaz mişarların, lent şkurkaları, yapışkanlı şkurkaları, rulon şkurkaların Bakıda və Azərbaycanın bütün bölgələrində topdan satışı, Trio Lagler (Almanya), Novatek (Ukrayna) və Ostaş (Türkiyə) şlifovka maşınlarının satışı, icarəsi və təmirini icra edirik. Təcrübəli texniki servisimiz ilə satış sonrası xidmətlərimizi əksiysiz bir şəkildə yerinə yetirən şirkətimiz keçən 15 il ərzində əldə etdiyi təcrübələrini siz müştəriləri üçün istifadə etməkdədir.
Məqsədimiz, satış sonrası xidmətlərimizlə təmin etdiyimiz güvənirlilik və yüksək iş keyfiyyətimiz ilə müştərilərin ilk seçimi olaraq, işləyənlərimiz və müştərilərimiz üçün dəyər yaradan bir şirkət olmaqdır. Eyni zamanda müştərilərin və müasir bazarın tələblərinə cavab vermək üçün əlimizdən gələni əsirgəmirik.
Məhsulların, xidmətlərin ən keyfiyyətlisini ən uyğun qiymətə təklif etmək üçün dünyaca məhşur markaların satış və servis xidmətlərini aparan şirkətimiz, yetərli maşın və ehtiyyat hissə stoku ilə xidmətinizdədir.
Ticarətdə doğruluq və dürüstlüyün ən önəmli olduğuna inanan və bu doğrultuda fəaliyyət göstərən şirkətimizi bu günlərinə gətirən dəyərli müştərilərimizə və əməkdaşlarımıza təşəkkürlərimizi bildiririk